AZ

Tomas Tuxel Markus Raşfordu milliyə qaytarmasını əsaslandırdı

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel sol cinah hücumçusu Markus Raşfordu “üç şir”in yaz toplanışına cəlb etməsini əsaslandırıb.

Arena.az xəbər verir ki, “Mançester Yunayted”in cari mövsümün sonuna qədər müddətdə “Aston Villa”da icarə əsasında çıxış edən məzunu qarşıdakı Albaniya və Latviyaya qarşı oyunlarda iştirak hüququ əldə edib.

Alman mütəxəssis Raşforun bu oyunlara dəvət almasına belə şərh verib:

“Mənim qüvvətli duyğum vardı ki, biz onun namizədliyini irəli sürməliyik. Onu komanda gətirməliyik və onu sövq etməliyik ki, o, bu səviyyəsində qalsın, köhnə şakərinə isə qayıtmasın”, deyə Tuxel vurğulayıb.

Tomas Tuxel eyni zamanda “Mançester Siti”nin 29 yaşlı sol cinah hücumçusu Cek Qrilişi “üç şir”in yaz toplanışına niyə cəlb etmədiyini də açıqlayıb:

“Mən Ceki sevirəm, ondakı hər xüsusu bəyənirəm. Amma Qrilişin yığmaya çağırılmaması idmani səbəblə bağlıdır. Bir oyunçunun yerinə biz digər ikisini cəlb etdik”, deyə Tuxel qeyd edib.

Qeyd edək ki, İngiltərə yığması dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində martın 21-də Albaniya yığmasını qəbul edəcək. Bundan 3 gün sonra isə “üç şir”i Latviya ilə ev oyunu gözləyir.

Seçilən
9
arena.az

1Mənbələr