AZ

"Siti" Qvardiola ilə yolları ayırır: Yerinə namizəd var

"Mançester Siti" rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə baş məşqçisi Pep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, “şəhərlilər” artıq yeni baş məşqçi axtarışlarına başlayıblar. "E-notices"in məlumatına görə, İngiltərə klubunun rəhbərliyi "Barselona"nın və İspaniya millisinin əfsanəvi futbolçusu Sesk Fabreqasın namizədliyi ilə bağlı qərar verib.

Fabreqas hazırda İtaliyanın "Komo" klubuna başçılıq edir. Bu yay "Mançester Siti" ispan məşqçini komandanın "sükanı arxasına" gətirmək üçün əlindən gələni edəcək.

Xatırladaq ki, hazırda İngiltərə klubu Premyer Liqanın turnir cədvəlində beşinci yeri tutur.

Seçilən
16
1
publika.az

2Mənbələr