AZ

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları 2028-ci ilin martınadək uzadıb

Bakı, 17 mart, AZƏRTAC

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini 2028-ci il martın 17-dək uzadıb.

AZƏRTAC xəbər verir ki, Yeni Zelandiyanın Xarici İşlər Nazirliyinin müvafiq göstərişinə əsaən, Rusiyaya qarşı sankaiyaların uzadılması ilə bağlı qərar bu gün qüvvəyə minib.

Yeni Zelandiya 2022-ci ilin mart ayından etibarən Rusiyaya qarşı 35 sanksiya tətbiq edib və yerli parlament belə prosedurların həyata keçirilməsini asanlaşdırmaq üçün xüsusi qanunu təsdiqləyib.

Vellinqtonun sanksiyalarından, o cümlədən ticarət və maliyyə qadağalarından 1,8 mindən çox rusiyalı, o cümlədən Prezident Vladimir Putin, hökumət üzvləri, Təhlükəsizlik Şurasının rəhbərliyi, Dövlət Dumasının və Federasiya Şurasının deputatları, qubernatorlar, habelə iş adamları və sahibkarlar təsirlənib. Yeni Zelandiya, həmçinin Rusiyanın 400 təşkilatına, 20 maliyyə qurumuna, o cümlədən Rusiya Bankına, 37 media şirkətinə və jurnalistə və Mərkəzi Seçki Komissiyasının 15 üzvünə qarşı məhdudiyyətlər tətbiq edib.

Seçilən
21
azertag.az

1Mənbələr