Avropa Birliyinin Ukraynaya 40 milyard avro yardım göstərilməsi təklifini təsdiq etməzdən əvvəl razılaşdırılmalı bir çox detallar var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirliklərinin rəhbərlərinin görüşünə gələrkən deyib.
Onun sözlərinə görə, bu qərara Aİ ölkələrindən ümumi siyasi dəstək var, lakin razılaşdırılmalı olan bir çox detallar var.
Kallas, həmçinin martın 6-da keçirilən AB sammitində Ukraynaya yardım planının tezliklə qəbul edilməsinə qərar verildiyini xatırladıb və qalan problemlərin də ən qısa zamanda həll olunacağına söz verib.