AZ

DEM heyətinin MHP-də Baxçalısız görüşü

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyətinin siyasi partiyalarla görüşləri davam edir. 

“Cebheinfo.az” xəbər verir ki, heyət bu dəfə də Milliyətçi Hərəkat Partiyasının (MHP) qərargahını ziyarət edib. Sözügedən heyətdə DEM Partiyasının həmsədrləri Tuncer Bakırhan, Tülay Hatimoğlulları, deputat Sırrı Süreyya Önder və Qrup sədr müavini Gülistan Koçyiğit yer alıb. Heyət MHP-nin sədr müavinləri Faruk Aksu, Feti Yıldız və Semih Yalçın qapıda qarşılayıb. 

Qeyd edək ki, MHP sədri Dövlət Baxçalı görüşdə iştirak etməyib. DEM Partiyasının heyəti bu gün hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) da ziyarət edəcək. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr