Bakının "Səbail" klubunda yeni baş məşqçi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, komandanı Elvin Məmmədov çalışdıracaq. O, dünən istefaya göndərilən baş məşqçi Cavid Hüseynovun köməkçilərindən biri idi.
E.Məmmədovla cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Cavid Hüseynov dünən "Neftçi"yə məğlubiyyətdən (1:2) sonra keçirilən mətbuat konfransında "Səbail" rəhbərliyini sərt tənqid edib. Az sonra o, istefaya göndərilib. Hazırda "Səbail" Premyer Liqada sonuncu pillədə qərarlaşıb.