AZ

Elvin Məmmədov - “Səbail”in yeni baş məşqçisi!

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” komandasını bundan sonra Elvin Məmmədov çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi vəzifəsinin icrası cari mövsümün sonunadək Elvin Məmmədova həvalə olunub.

Elvin Məmmədov bu postda ötən gün istefaya göndərilmiş Cavid Hüseynovu əvəzləyib.

Xatırladaq ki, “Səbail” komandasının baş məşqçisi Cavid Hüseynov ötən gün istefaya göndərilib. 37 yaşlı mütəxəssis ötən ilin noyabrında Bakı klubunun baş məşqçi postuna təyin olunmuşdu. O, bu komandanı 16 oyuna çıxarıb. “Dənizçilər” bu görüşlərdə cəmi 3 qələbə qazanıblar, 4 heç-heçə və 9 məğlubiyyət görüblər.

“Səbail” Azərbaycan Premyer Liqasının turnir cədvəlində 27 turdan sonra 18 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Seçilən
14
arena.az

1Mənbələr