AZ

Qaşqay türkləri aksiyası keçirdi: “Azərbaycan var olsun!”

İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində qaşqay türkləri etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə onlar sosial mediada paylaşım ediblər.

Etiraza səbəb İran Mədəni İrs Nazirliyinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lor xalqı adına qeydiyyata alması olub.

Öz milli geyimlərində əyalət valiliyi binası qarşısına toplaşan qaşqaylar “Qaşqayının libası, qaşqayının olası”, “Azərbaycan var olsun, qaşqayı sağ olsun” və başqa şüarları səsləndiriblər.

Sosial media fəallarının yaydığı məlumata görə, aksiya yerinə gələn Fars əyalətinin polis rəisi Rəhambəxş Həbibi narazı qaşqayları təhdid və təhqir edib.

Seçilən
7
axar.az

1Mənbələr