Husilər ABŞ-ın paytaxt Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının 53-ə yüksəldiyini, 98 nəfərin yaralandığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücumlarda 5-i uşaq olmaqla 53 nəfər həlak olub, 9-u qadın və uşaq olmaqla 98 nəfər yaralanıb.