AZ

Eddi Hau 17 illik həsrətə son qoydu

İngiltərə Liqa Kubokunun finalında "Liverpul"u 2:1 hesabı ilə məğlub edən "Nyukasl"ın baş məşqçisi Eddi Hau Premyer Liqa komandası ilə son 17 ildə ilk titul qazanan ingilis mütəxəssis olub.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, bunadək 2008-ci ildə Harri Rednap "Portsmut"un "sükanı arxası"nda İngiltərə Kubokunu əldə etmişdi.

Xatırladaq ki, bu, "sağsağanlar"ın İngiltərədə son 70 ildə sahib çıxdığı ilk böyük mükafat olub. "Nyukasl" 1955-ci ildə İngiltərə Kubokunu muzeyinə aparıb. 2016/17 mövsümündə Çempionşipdə çempionluğu bayram edən "ağ-qaralar" 2006-cı ildə İntertoto Kubokunu qazanıblar.

Nihat

Seçilən
22
fanat.az

1Mənbələr