İngiltərənin "Çelsi" klubunun əfsanəsi Frank Lempard tədricən məşqçi fəaliyyətində də uğurlar qazanmaqdadır
Offsideplusaz xəbər verir ki, 46 yaşlı çalışdırıcı İngiltərə Çempionşipində mübarizə aparan "Koventri"də xarüqələr yaradır.
O, komandanı ötən il noyabrın 28-də 17-ci pillədə qəbul edib. Lakin sistemli qurulan iş tezliklə nəticəsini verib.
Çempionşipdə son 12 matçın 10-da qazanılan qələbə sayəsində "Koventri" 5-ci yerə yüksəlib. Komandanın Premyer Liqaya birbaşa çıxmaq şansı az olsa da, 3-6-cı yerləri tutan kollektivlər arasında yeganə vəsiqənin qalibinə çevrilmək mümkündür.
Qeyd edək ki, Frank Lempard "Çelsi" və "Derbi"də məşqçi kimi ciddi uğur qazana bilməyib.
BU DA MARAQLIDIR: