İtaliyalı əfsanə Canluici Buffon tarixin ən yaxşı qolkiperi seçilib.
Offsideplus.az xəbər verir ki, bunu 18 qapıçıdan ibarət komitə tərəfindən qərar verilib. Komitədə - Manuel Noyer, Peter Şmeyxel və Julio Sezar kimi çərçivə qoruyucuları yer alıb.
Buffon 2023-cü ilin avqustunda peşəkar futbol karyerasını başa vurub. O, "Parma", "Yuventus" və PSJ kimi komandalarda çıxış edib.
46 yaşlı sabiq qolkiper hazırda İtaliya milli komandasında koordinator kimi çalışır.