Bu ilin yanvar-fevral aylarında Azərbaycana 13 min 855 ton düyü idxal edilib.
"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 13 milyon 472 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 566 ton (3,9 %), dəyər baxımından isə 1 milyon 831 min ABŞ dollar (11,9 %) azdır.
Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ini təşkil edib.
"Cebheinfo.az"