“SpaceX”in qurucusu İlon Mask insanabənzər robot daşıyan “Starship” raketinin gələn ilin sonunda Marsa göndəriləcəyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Mask bununla bağlı sosial mediada açıqlama verib. Mask bildirib ki, 2026-cı ildəki sınaq müvəffəqiyyətli olarsa, “Starship” 2029-cu ildə insanları Marsa aparmağa başlayacaq. Lakin o, 2031-ci ilin ehtimalının daha yüksək olduğunu söyləyib.