Federasiya Şurasının sədri Valentina Matviyenko və Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Səmimi və uzun-uzadı söhbət zamanı ikitərəfli gündəliyin geniş spektri məsələləri müzakirə olunub”, – Federasiya Şurasının mətbuat xidmətindən bildirilib.
Görüşdə Matviyenko və Əliyev ticarət-iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunub, həmçinin beynəlxalq vəziyyəti müzakirə ediblər.
Martın 16-da Matviyenko Azərbaycana rəsmi səfərə gəlib.
DOĞRU.AZ