AZ

Bayram günlərində istirahət düşünənlərin NƏZƏRİNƏ!: Hava proqnozu açıqlandı

“Azərbaycanda hazırda müşahidə edilən hava şəraiti mart ayı üçün xarakterikdir və anomal sayılmır.”

Bu fikiri KONKRET.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli səsləndirib.

Qorxmaz

“İqlim dəyişiklikləri ilə bağlı bir sıra proseslər gedir. Anomal istilər indi baş verməyib, bu, uzun illərdir var. Bakıda bir neçə gündür müşahidə edilən hava şəraiti mart ayı üçün xarakterikdir. Hava yağıntılı soyuq, bəzən də isti olur. Niyə? Çünki hal-hazırda qışdan bahara keçid dövründəyik. Subtropik hava şəraitinə uyğun ərazidə yaşadığımıza görə, bu hadisələr baş verir. Son 200 ildə baş verən sənayeləşdirmə, müharibələr, ağır nüvə partlayışları kimi hadisələr iqlim dəyişikliyinə təsir edib.“

Ekoloq qeyd edir ki, anomal istilər insanlara və ya təbiətə hərcür təsir göstərə bilər. Dağlıq ərazimizdə bu il kifayət qədər qarımız var. Hava kifayət qədər normal oldu. Bu zaman anormal hesab edərdik ki, Şamaxıda, İsmayıllıda, Zaqatalada, Şəkidə birdən-birə 30 dərəcə isti olsun.

“Bildiyimiz kimi fevral ayı çox soyuq keçdi. İndi də havalar istiləşib, qarşıdan bahar gəlir. Hesab edirəm ki, yaz və yaxud da payızın sıradan çıxması baş verməyib. bu fəsillər öz yerindədir.”

Müsahibimiz qeyd edir ki, qış Azərbaycanda çox sərt keçmir.

“Bir zamanlar Hindistanda anomal istilər oldu. Çox insan istiyə dözə bilməyib həyatını itirdi. Qütblərdə istiləşmə var. Buzlar əriməyə başlayıb. Bu halın nə vaxta kimi davam edəcəyini alimlər sübuta yetirə bilmir. Qarşısını almaq üçün iqlimşünaslar, ekoloqlar əllərindən gələni edirlər. Havanın hərarəti 1.5 dərəcəyə yüksəlib. O da, şübhəsiz ki, hər yerə təsir göstərir İstiləşmənin qarşısını almaq üçün meşələr qırılmamalı, çevrə çirkləndirilməməli, betonlaşmadan uzaq olmaq lazımdır. Betonlaşmanın özü Bakı şəhərinin iqlimini dəyişməkdədir”.

Maraqlıdır Bayram günlərində hava şəraiti necə olacaq?

Gülşad

Mövzu ilə bağlı sorğumuzu cavablandıran Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi və temperaturun 10-15 dərəcə enəcəyi gözlənilir. Yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə isə sulu qar və qar yağacağı ehtimal edilir. Bu qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

 

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
4
konkret.az

1Mənbələr