Türkiyə I Liqasında mübarizə aparan "İstanbulspor" ötən gün "Gençlerbirliği" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu matçdan 5:0 hesablı qələbəylə ayrılıb. Qaussu Diarra görüşdə het-trik edib.
22 yaşlı Diarra bir il öncəyə qədər peşəkar futbolla məşğul olmurdu. O, Türkiyəyə universitet oxumağa gəlmişdi.
"İstanbulspor"un baş məşqçisi Osman Zeki Korkmaz cari mövsüm 11 qol vuran futbolçu barədə bunları deyib:
"Diarranın peşəkar futbolda oyunu yox idi. O, burada universitet tələbəsi idi. Sadəcə futbol akademiyası keçmişi var. Bizimlə məşqlərə çıxmağa başladı. 3-cü məşqdən sonra prezidentə dedim ki, dərhal onunla müqavilə imzalamalıyıq".