AZ

Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşovla mentorluq proqramı çərçivəsində görüş keçirilib.

Publika.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Səbuhi Göyüşovun timsalında müsabiqənin bütün qaliblərini təbrik edib, karyera uğurları arzulayıb.

Nazir layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqənin qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini bildirib.

Yaradılan imkana və səmimi qəbula görə təşəkkür edən Səbuhi Göyüşov və “Yüksəliş”in İnsan resursları şöbəsinin müdiri Elmira Məmmədova müsabiqə qaliblərinin nazirin şəxsi təcrübəsindən faydalanmasının karyera və şəxsi inkişaf baxımından gözəl imkan olduğunu diqqətə çatdırıblar.

Seçilən
39
6
publika.az

7Mənbələr