“Luverpul”un baş məşqçisi Arne Slot İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”a 1:2 hesablı məğlubiyyəti şərh edib.
Arena.az niderlandlı mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:
“Oyun rəqibin istədiyi kimi keçdi. Bu, onların görmək istədiyi oyun idi. Bu, “Nyukasl”a bir iltifatdır, çünki biz öz nəbzimizə düşmədik. Onlar çox dəlisov idilər və çox yaxşı müdafiə olunurdular. “Nyukasl” layiq olduğu qələbəni qazandı”, deyə Arne Slot vurğulayıb.
Əlavə edək ki, “qırmızılar” ötən həftə ərzində Çempionlar Liqasında mübaziyə xitam vermişdilər. İngiltərə Liqa Kubokunda məğlubiyyət isə “Liverpul”un cari mövsümdə bir həftə ərzində əldən buraxdığı artıq ikinci qənimətdir.