AZ

“Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması ABŞ cəmiyyətində ciddi reaksiya doğurmayacaq...”

Yazını böyüt
Yazını kiçilt

“Hesab edirəm ki, Tramp tərəfindən “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması geniş anlamda Amerika cəmiyyətində ciddi reaksiya doğurmayacaq. Çünki həmin auditoriyalar adətən xarici auditoriyaya işləyibdir. Məsələn, ABŞ-də soruşulsa, bəlkə də  vətəndaşların çoxu bilməyəcək ki, “Azadlıq” radiosu bu ölkənin radiosudur və ümumiyyətlə, belə bir radio varmı. Yaxud “ “Amerikanın səsi” radiosu varmı və hansı məqsədlərlə fəaliyyət göstərir” sualları da eyni dərəcədə cavabsız qarşılanacaq. Ona görə də sözügedən radioların bağlanmasına reaksiya əsasən siyasi dairələrdə olacaq, xüsusən də Konqresdə... Çünki həmin radioların fəaliyyəti birbaşa Konqresdən maliyyələşibdir və həmin fəaliyyət Amerika qanunlarına uyğundur”.

Bu fikirləri hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu ABŞ prezidenti D.Trampın “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması haqda qərar verməsinə münasibət bildirərkən ifadə edib.

“Amma Trampın qərarıyla paralel olaraq bir Mərkəzin – Vudro Vilson Mərkəzinin bağlanması siyasi və ekspert dairələrində daha çox reaksiya doğuracaq. Həm də ona görə ki, həmin mərkəzin bağlanmasına prezident kimi Trampın səlahiyyəti çatmır. O səbəbdən ki, Vudro Vilson Mərkəzi qeyri-hökumət təşkilatıdır. Bu Mərkəz özünün maliyyə resurslarını daha çox qeyri-dövlət mənbələrindən, donorlardan, sponsorlardan alır. Bildiyim qədər həmin mərkəzin dövlət maliyyələşməsi təxminən 30 faizə qədərdir. Bununla belə, Vudro Vilson Mərkəzi hökumət qurumu deyil və Trampın belə bir addım atması tamamilə qanunsuzdur və qeyri-konstitusyondur” , - davamında ekspert bunu da nəzərə çatdırıb.

Seçilən
25
1
hafta.az

2Mənbələr