"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager İngiltərə Liqa Kubokunun finalında "qırmızılar"ın "Nyukasl"a uduzmasına (1:2) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Nyukasl" "Liverpul"u yenmədi, darmadağın etdi. Hesab 3:0 və ya 4:0 olmalı idi. Məğlub tərəf yalnız təsəlli qolu vurdu. "Liverpul" Çempionlar Liqasında uduzduğu PSJ-dən də zəif idi... Hə, təbii ki, "Nyukasl" yaxşı İPL komandasıdır. Reallıq budur ki, onlar "Liverpul" ilə döşəməni sildilər. "Qırmızılar" gücdən düşüblər, amma xoşbəxtlikdən çempionatda böyük üstünlüyü var".
Nihat