Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələrivə bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,7milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə1,9 faiz az sənaye məhsulu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata əsasən, məhsul istehsalı neft-qaz sektorunda 3,2 faizazalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 31,8 faizi emal, 6,4faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsivə emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlətsektorunun payı 77,4 faiz olub. Ümumi istehsalın 88,8 faizi sənayeməhsullarının istehsalı, 11,2 faizi isə sənaye xarakterlixidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2025-ci ilvəziyyətinə 1028,8 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların55,9 faizi Bakı, 14,2 faizi Sumqayıt, 2,5 faizi Şirvan, 1,8 faiziGəncə şəhərlərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının,qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrininanbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqamüəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 94,3 milyonmanat məbləğində digər məhsullar da mövcud olub.