İtaliyanın "Latsio" klubu "Hatayspor"dan icarəyə götürdüyü Fisayo Dele-Başiru birdəfəlik transfer edəcək.

Offsideplus.az xəbər verir ki, "qartallar" 24 yaşlı futbolçunun 3.4 milyon avroluq satınalma bəndindən istifadə edib. 

Dele-Başiru azad agent kimi 2023-cü ilin yayında "Hatayspor"a qoşulmuşdu. Türkiyə klubu ümumilikdə nigeriyalı futbolçudan 5.4 milyon qazanıb.

O, cari mövsüm "Latsio"nun heyətində 24 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.