AZ

Tomas Bax rusiyalı idmançıların yarışlara buraxılması üçün şərtləri açıqladı

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax rusiyalı idmançıların beynəlxalq yarışlara mümkün qayıdışına münasibət bildirib.

Msport.az xəbər verir ki, almaniyalı funksioner bunun üçün Rusiya Olimpiya Komitəsinin şərtlərə əməl etməli olduğunu bildirib:

“Biz həmişə qarşı tərəflə işçi qrupu səviyyəsində əlaqə saxlamışıq. Amma belədə heç bir nəticə ola bilməz. Bərpa şərtləri çox aydındır: onlar qaydalara əməl etməlidirlər. Olimpiya Hərəkatı Olimpiya Xartiyasının qaydalarına əməl edənlərin hamısını alqışlayır və buna əməl etməyənlərin hamısını rədd edir. Top indi Rusiya Olimpiya Komitəsindədir”.

Qeyd edək ki, Ukrayna ilə müharibəyə görə Rusiya idmançıları 2022-ci bir çox beynəlxalq yarışdan kənarlaşdırılıb.

Seçilən
12
msport.az

1Mənbələr