AZ

Selcan Mahsudova və Əli Niftəliyev Dünya kubokunda

Azərbaycanın batut yığması Dünya kubokunun ikinci mərhələsinə hazırlaşır.

İdman.biz xəbər verir ki, yarış aprelin 4-dən 6-dək İtaliyanın Riççone şəhərində baş tutacaq.

Dünya kubokunda 22 ölkənin gimnastları çıxış edəcəklər.

Millimizin heyətində Selcan Mahsudova və Əli Niftəliyev yer alıb.

Qeyd edək ki, Bakıda keçirilən Dünya kubokunda onlar batut gimnastikasının yeni növü - qarışıq cütlüklər arasında sinxron yarışda bürünc medal qazanıblar.

İdman.biz

Seçilən
9
4
idman.biz

5Mənbələr