AZ

“Almaniya tezliklə atəşkəs olacağına inanmır” - “Ukraynaya yeni silah tədarükünə başlayacağıq”

Almaniya Ukraynada atəşkəsin tezliklə əldə ediləcəyini gözləmir, ona görə də yeni silah tədarükləri hazırlayır.

“AzPolitika” xəbər verir ki, bunu BİLD nəşri Almaniya hökumətinin sözçüsü Steffen Hebestreitə istinadla yazıb.

Almaniyanın aparıcı partiyalarının Ukraynaya üç milyard avroluq yardım paketi ilə bağlı prinsipial razılığa gəldiyini qeyd edən Hebestreit atəşkəsin əldə olunmasının hələ bir qədər vaxt aparacağını deyib. Buna görə də, yaxın bir neçə həftə ərzində Ukraynaya yeni silah tədarükü başlayacaq. Söhbət ilk növbədə artilleriya sursatından gedir.

Eyni zamanda, Ukrayna üçün bəzi digər silahlar, o cümlədən İris-T və Patriot hava hücumundan müdafiə sistemləri sifariş veriləcək. Lakin bu silahlar yalnız bir-iki ildən sonra təhvil verilməyə hazır olacaq. Bunun uzanmasına səbəb istehsalçı müəssisələrin sifarişlə tam yüklənməsidir.

“AzPolitika.info”

Seçilən
3
azpolitika.info

1Mənbələr