AZ

İndiki şərtlərdə Ermənistan Azərbaycana qarşı müharibə başlada bilər?

Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılmasının elanından sonra bu tip təxribatların məqsədi nə ola bilər?..

Politoloq: “Aydın məsələdir ki, Ermənistanla sülh prosesi davam etdiyi bir zamanda şərti dövlət sərhədində atəşkəsin pozulması, xüsusilə də erməni tərəfinin bu addımı atması ciddi suallar yaradır”.

Ermənistan təbii olaraq bəzi məqamlara yenidən baxılmasını istəyir. Misal üçün, Zəngəzur dəhlizinin hansı reallıqlarda açılacağı, təzminat məsələlər var. Yəni bu kimi hələ razılaşdırılmamış məsələlərə Ermənistan boyun əyməyək suni gərginlik yaradır”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın atəşkəsin rejimini pozmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi üç dəfə atəşkəsi pozub. Bu gün də Müdafiə Nazirliyi Eemənistan ustiqamətindən ordumuzun mövqelərinin atəşə tutulması barədı məlumat yayıb. Bundan əvvəl isə Ermənistanın hücum silahlarını Azərbaycan sərhədinə yığması ilə bağlı xəbərlər yayılıb.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılmasının elanından sonra bu tip təxribatların məqsədi nə ola bilər? Doğrudanmı, indiki şərtlərdə Ermənistan Azərbaycana qarşı müharibə başlada bilər, yoxsa bu sadəcə hansısa qüvvələrin sülh sazişini önləmək üçün həyata keçirdiyi təxribatdır?

Azərbaycan-Ermənistan arasında baş verən prosesləri Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Ermənistanın aktiv şəkildə hücum etmək potensialının olmasını düşünmürəm. Amma bu da bir reallıqdır ki, Ermənistan provakasiya edib Azərbaycanı öz ərazisinə çəkib, bundan sonra beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönəltmək, bununla da bir növ təzyiq vasitələrindən istifadə edərək rəsmi Bakını geri addım atmağa məcbur etmək istəyir”.

Azərbaycanın Ermənistanın nə etmək istədiyini bildiyini və buna görə davrandığını xatırladaq politiloq Poliqon-a açıqlamasında qeyd edib ki, hər bir galda rəsmi Bakı sona qədər təmkinli davranacaq:

“Aydın məsələdir ki, Ermənistanla sülh prosesi davam etdiyi bir zamanda şərti dövlət sərhədində atəşkəsin pozulması, xüsusilə də erməni tərəfinin bu addımı atması ciddi suallar yaradır. Əslində mövcud reallıqlar Ermənistanı qane etmir. Ermənistan sülhdə maraqlı olsa da, proses Yerevanda qane etmir. Buna görə də, reallıqların dəyişdirilməsi istiqamətində bu kimi addımlara gedilə bilər.

Ermənistan təbii olaraq bəzi məqamlara yenidən baxılmasını istəyir. Misal üçün, Zəngəzur dəhlizinin hansı reallıqlarda açılacağı, təzminat məsələlər var. Yəni bu kimi hələ razılaşdırılmamış məsələlərə Ermənistan boyu əyməyək üçün suni gərginlik yaradır. Təbii ki, Ermənistanın aktiv şəkildə hücum etmək potensialının olmasını düşünmürəm. Amma bu da bir reallıqdır ki, Ermənistan provakasiya edib Azərbaycanı öz ərazisinə çəkib, bundan sonra beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönəltmək, bununla da bir növ təzyiq vasitələrindən istifadə edərək rəsmi Bakını geri addım atmağa məcbur etmək istəyir.

Turan Rzayev: “Genişmiqyaslı toqquşmadan yaxud da, müharibədən danışmaq olmaz”.

Belə baxanda, plan bu istiqamətdə getsə, Ermənistan öz istəyinə nail ola bilərdi. Amma Azərbaycan da təbii ki, Ermənistanın nə etmək istədiyini bilir və buna görə davranır. Bu baxımdan da, rəsmi Bakı sona qədər təmkinli davranacaq. Amma təbii ki, təxribatların sayı artarsa və atəşkəsin qorunmasında insidentlər daha da aqressiv hal alarsa, rəsmi Bakı da cavab addımları ata bilər.

Genişmiqyaslı toqquşmadan yaxud da, müharibədən danışmaq olmaz. Amma ən azından 2-3 gün atəşkəsin pozulması və rəsmi Bakının dronlarla, arteriya zərbələri ilə Ermənistan mövqelərinə cavab zərbələri vurmaq kimi halların şahidi ola bilərik”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr