Telegram messencerinin qurucusu Pavel Durova qarşı məhkəmə nəzarəti dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Paris prokurorluğuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, nəzarət aprelin 7-dək dayandırılıb.
“Məhkəmə nəzarəti üzrə öhdəliklər martın 15-dən aprelin 7-dək dayandırılıb”, – idarədən bildiriblər.