“Çelsi” rəhbərliyi Andrey Santos ilə bağlı qərarını verib.
İngiltərə klubu icarə əsasında “Strasbur”da oynayan futbolçunu satmayacaq. Yayda icarədən qayıdacaq yarımmüdafiəçiyə növbəti mövsümdə özünü göstərmək üçün imkan yaradılacaq.
Andrey bu mövsüm Fransa çempionatında meydana çıxdığı 23 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.