AZ

İnzaqi: “İnter” “Atalanta”ya göz açmağa imkan vermədi”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 29-cu turunun “Atalanta” ilə mərkəzi səfər oyununu (2:0) şərh edib.

Arena.az “Football Italia” dərgisinin DAZN şəbəkəsinə istinadı əsasında italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bir məşqçi kimi mən oyundan çox razıyam – hətta nəticədən də artıq razıyam. Biz Berqamoya gəldik və xasiyyətimizi göstərdik. Oyunun taleyini elə, birinci hissədə həll edə bilərdik, amma dirəyə tuş gəldik. Ardınca isə Lautaro Martinesin vurduğu qolu ləğv etdilər, hansı ki, düşünürəm, qaydalar çərçivəsində vurulmuşdu, daha sonra Davide Frattezinin fürsəti vardı…

“Atalanta” əla formadadır, bu tura qədər onlar 63 qol vurmuşdular, elə, “İnter”in vurduğu qədər. Bu gün isə biz onlara feli surətdə heç nəyə imkan vermədik. Bizim oyunçularımız təbrikə layiqdirlər, axı bizim ixtiyarımızda bir çox oyunçularımız yox idi. Biz daha altı-yeddi futbolçumuza “yamaq vurmuşuq”, amma belə bir köklənmə ilə biz böyük işlərə qadirik”, deyə İnzaqi məmnunluqla vurğulayıb.

29 oyundan 64 xal toplamış “İnter” İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Atalanta” isə 58 xalla 3-cü pillədə qərarlaşıb.

Seçilən
24
arena.az

1Mənbələr