AZ

Fransa ABŞ-dan Azadlıq Heykəlini geri tələb edir

BAKI, TurkicWorld

Fransız siyasətçi ABŞ-ı tənqid edərək Azadlıq Heykəlinin geri qaytarılmasını tələb edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Fransanın Ukraynayönlü siyasətçilərindən biri olan Raphael Glucksmann ABŞ-ın dəyərlərə münasibətinin dəyişdiyini iddia edərək, Nyu-Yorkda yerləşən Azadlıq Heykəlinin Fransaya qaytarılmasını tələb edib.

Glucksmann partiyasının qurultayında çıxışı zamanı "Biz bu heykəli sizə hədiyyə etdik, amma ona hörmət etmirsinizsə, geri verin"- deyə bildirib. O, ABŞ-ın Ukrayna məsələsində tutduğu mövqeyi tənqid edərək, Tramp administrasiyasının Avropa və Ukrayna ilə münasibətlərində dəyişikliklərin narahatlıq doğurduğunu vurğulayıb.

Belə ki, Fransa 1884-cü ildə iki ölkə arasındakı dostluğun simvolu olaraq Azadlıq Heykəlini ABŞ-a hədiyyə edib. Heykəl parçalar halında gəmi ilə Amerikaya göndərilərək 1886-cı ildə Nyu-Yorkda quraşdırılıb və azadlığın simvoluna çevrilib.

Glucksmann çıxışında həmçinin ABŞ-ın elmi azadlıq və tədqiqat sahələrində məhdudiyyətlər tətbiq etdiyini iddia edərək, "Əgər siz elmi azadlığa və tədqiqatçılara ehtiyac duymursunuzsa, biz onları qəbul etməyə hazırıq"- deyə əlavə edib.

Qeyd edək ki, ABŞ və Avropa arasında Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqları dərinləşməkdədir. Xüsusilə, Tramp və Zelenski arasında fevralın 28-də Oval kabinetdə baş verən mübahisədən sonra Vaşinqton Kiyevə hərbi yardım və kəşfiyyat dəstəyini müvəqqəti dayandırıb.

Seçilən
40
turkic.world

1Mənbələr