"Səbail" yeni baş məşqçisini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi vəzifəsinin icrası cari mövsümün sonunadək Elvin Məmmədova həvalə olunub.
O, bu postda ötən gün istefaya göndərilmiş Cavid Hüseynovu əvəzləyib.
“Çox ağır bir yükün altına girdiyimi yaxşı dərk edirəm” - bunu Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis etimada görə rəhbərliyə təşəkkür edib:
"İnamım böyükdür, bu komanda, mübariz kollektiv və futbolçularımız ilə çox şeyi bacaracağımıza inanıram.
Reallıq budur ki, sonuncu pillədəyik, xal fərqi də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik.
Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq.
Zamanla nəticələr qazanıb, bu durumdan çıxacağıq”.