AZ

Fransa iqtisadi maraqları naminə Qvadelupa və Martinika sakinlərini təhlükəyə atır

Bakı. Trend:

Parisdəki apellyasiya məhkəməsi Fransa hökumətini Karibdənizindəki Qvadelupa və Martinik adalarında qadağan olunmuşpestisiddən istifadə etdiyinə görə səhlənkarlıqda təqsirli bilənhökmü qüvvədə saxlayıb.

Bununla bağlı nüfuzlu xarici KİV-lərdə bir sıra məqalələr vəmateriallar dərc edilib.

Təxminən 1 300 nəfər 2020-ci ildə məhkəməyə müraciət edərək,digər tələblərlə yanaşı, 1972-ci ildən etibarən hər iki adadaardıcıl olaraq ən azı 12 ay yaşamış hər bir şəxs üçün xlordekonmaddəsinə (Kepone adı ilə də tanınır) məruz qalmalarına əsaslanaraq15 000 avro təzminat tələb edib. Bu pestisid 1976-cı ildə ABŞ-daqadağan edilib və nitq pozuntuları ilə yanaşı, digər nevrolojiproblemlərə səbəb ola bilir.

Paris İnzibati Apellyasiya Məhkəməsi bəyanatında qeyd edib ki,Fransa hökuməti "xlordekon əsaslı insektisidlərin satışına icazəverməkdə, onların uzun müddət istifadəsinə şərait yaratmaqda, buistifadənin səbəb olduğu çirklənməni qiymətləndirməməkdə, ona sonqoymamaqda, nəticələrini ölçməməkdə və zərərçəkmiş əhaliniməlumatlandırmamaqda qanun pozuntularına yol verib".

Fransa tez-tez insan haqları və ekoloji dəyərlərdən danışaraqdünyaya dərs keçməyə çalışan bir dövlət kimi tanınır. Lakinİnzibati Apellyasiya Məhkəməsinin son qərarı Fransanın əslində budəyərlərə necə sayğısız yanaşdığını bir daha ortaya qoyur. Bu faktbir daha göstərir ki, Fransa insan həyatını və təbiəti qorumaqdamaraqlı olmaqdan çox, iqtisadi və siyasi maraqlarını üstüntutur.

Həmçinin, məhkəmənin qərarında qeyd olunub ki, dövlətçirklənməyə uzun müddət məruz qalmış insanların yaşadığınarahatlığa görə maddi təzminat ödəməlidir. Eyni zamanda, məhkəməFransa hökumətinin 10 nəfərə kompensasiya ödəməsinə də qərarverib.

Fransız rəsmiləri uzun müddət bu problemin ciddiliyini etirafetməkdən yayınıb. Lakin xlordekonun ciddi sağlamlıq fəsadlarına, ocümlədən prostat xərçəngi və erkən doğuş risklərinə səbəb olduğubarədə bir çox məlumatlar mövcuddur. Belə ki, xlordekon maddəsi1976-cı ildən ABŞ-də, 2004-cü ildən isə Stokholm Konvensiyasınaəsasən bütün dünyada qadağan olunub. Buna baxmayaraq, Fransahökuməti 1981-1990-cı illərdə bu zərərli maddənin satışını qanunişəkildə davam etdirib və hətta Qvadelupa və Martinik adalarındaəlavə üç il istifadəsinə xüsusi icazə verib.

Fransanın bu biabırçı əməlləri onun beynəlxalq səviyyədə nümayişetdirdiyi “mükəmməl demokratik dəyərlər” imicini yerlə-yeksan edir.Paris dünyanın müxtəlif ölkələrində insan hüquqları ilə bağlıittihamlar irəli sürərkən, öz nəzarətində olan ərazilərdə minlərləinsanın həyatı bahasına iqtisadi maraqlarını qorumağa üstünlükverir. Fransanın Qvadelupa və Martinik xalqlarına qarşı bulaqeydliyi əslində yeni tipli kolonial siyasətin təzahürüdür. Yəni,bir zamanlar hərbi və iqtisadi güc vasitəsilə yeritdiyikolonializmi bu gün ekoloji və səhiyyə sahələrində aparır.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

3Mənbələr