AZ

Naxçıvan Dövlət Universiteti beynəlxalq reytinqlərdə konkret nəticələr əldə edib

Naxçıvan, 17 mart, AZƏRTAC

Ötən il Naxçıvan Dövlət Universiteti (NDU) əməkdaşlarının elmi göstəricilərinin yüksək impakt faktorlu nəşrlərdə işıq üzü görməsi əvvəlki illərlə müqayisədə ciddi artımla izlənilib. “Scopus” və “Web of Science” bazalarında nəşr sayı 63 olub ki, bu da ötən illərlə müqayisədə ciddi artım deməkdir. Hər iki bazada məqalələrinin sayı son 5 ildəki nəşrlərin sayından artıq olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunlarına və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.

Rektor qeyd edib ki, elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil etmək üçün universitetdə “Elmi əsərlər” jurnalı nəşr olunur. Jurnal 2024-cü ildən etibarən DOİ (Digital object identifier) kodu ilə, bütün elm sahələrini əhatə etməklə ildə 4 nömrədə nəşr olunub və “Crossref” bazasında indeksləşdirilib, nəşrlərin “Google scholar”da görünməsi təmin edilib. 2024-cü ildə “Elmi əsərlər” jurnalında 100 məqalə 137 müəllif tərəfindən yazılıb ki, bunlardan 67 məqalə Naxçıvan Dövlət Universiteti əməkdaşlarının məqalələridir.

“NDU-nun beynəlxalq reytinqlərdə yer alması və irəliləməsində konkret nəticələr var. Belə ki, NDU SDG 2 üzrə dünyanın ən yaxşı 400 universiteti, SDG 4, 7, 10, 15 üzrə ən yaxşı 600 universiteti, SDG 3 üzrə isə ən yaxşı 800 universiteti arasında yer alıb”, - deyə Elbrus İsayev əlavə edib.

 

Seçilən
56
azertag.az

1Mənbələr