AZ

London klubundan ayrılacaq

Luis Diazın yay transfer pəncərəsində “Liverpul”u tərk edə biləcəyi ehtimalı konkretləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabirisio Romano məlumat yayıb. Keçən il “Mançester Siti” kolumbiyalı cinah oyunçusuna maraq göstərdi. İndi “Barselona” fəal şəkildə Diazı izləyir.

Yay yaxınlaşdıqca, futbolçunun “Enfild”dəki gələcəyi qeyri-müəyyən olaraq qalır.

“Transfermarkt” vingeri 85 milyon avro dəyərində qiymətləndirir.

Diaz bu mövsüm “Liverpul”un heyətində 42 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
13
futbolpress.az

1Mənbələr