AZ

Kanada ABŞ ilə imzaladığı 19 milyardlıq müqavilədən çıxa bilər

Kanada ABŞ-dən F-35 qırıcıları almaq üçün imzaladığı 19 milyard dollarlıq müqavilədən çıxa bilər. Metbuat.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Bill Blair açıqlama verib. O bildirib ki, Kanada hərbi təyyarələrin alınması üçün başqa variantları nəzərdən keçirə bilər. Müdafiə nazirinin sözlərinə görə, ölkəsi Prezident Donald Trampın gömrük tarifləri ilə bağlı qərarlarından sonra ABŞ ilə 19 milyard dollarlıq müqavilədən çıxmağı nəzərdən keçirir. O həmçinin qeyd edib ki, Kanada 16 təyyarənin ödənişini etdiyi üçün bu qırıcıları əldə edəcək.

Kanada digər təyyarələrdən isə imtina edə bilər. Qeyd edək ki, Kanada bundan əvvəl, ABŞ-dən 88 ədəd F-35 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalamışdı.

Seçilən
24
metbuat.az

1Mənbələr