AZ

Qubada tarixi cümə məscidi qəzalı vəziyyətdə VİDEO

Quba rayonunun möhüc kəndində yerləşən 19-cu əsrə aid olduğu bildirilən Cümə məscidi tamamilə uçub dağıla bilər.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər ümid edirlər ki, müvafiq qurumlar bu problemi tezliklə həll edəcəklər. Əgər bərpa üçün icazə verilərsə, onlar öz vəsaitləri və imkanları çərçivəsində məscidin təmirini həyata keçirməyə hazırdılar.

Məsələ ilə bağlı Tüləkəran Bələdiyyəsinin sədri Rauf Hüseynov "Xəzər Xəbər"ə açıqlamasında  bildirib ki, məscid Mədəniyyət Nazirliyinin balansında olsa da, bələdiyyə öz vəsaiti hesabına abidənin bərpası üçün addımlar atıb. 2022-ci ildə  məscidin bərpasına dair hazırlanan layihə Tarix İnstitutu tərəfindən müsbət rəy alıb. Lakin sonradan layihənin icrasına icazə verilməyib.

Rauf Hüseynov əlavə edib ki, əgər müvafiq qurumlar icazə versələr, bələdiyyə tarixi abidənin ilkin görünüşü qorunmaqla təmirini həyata keçirməyə tam hazırdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətində isə bildirildi ki, "Tarixi abidə qəzalı vəziyyətə düşdüyünə görə nəzarətə götürüb və yaxın günlərdə ora baxış keçirilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
17
xezerxeber.az

1Mənbələr