AZ

Baqratyan Paşinyanın sirrini açdı: “Vardanyanla kabinetində kofe içib”

“Qarabağa səfərindən əvvəl Ruben Vardanyan Arayik Arutyunyanla birlikdə Paşinyanın kabinetinə daxil olub, onunla kofe içib. Baş nazir isə ona işlərində uğurlar arzulayıb. Səhv edirəmsə, qoy bunu sübut etsinlər”.

KONKRET.az xəbər verir ki, bunu martın 17-də NEWS.am-ın müxbirinə müsahibəsində keçmiş baş nazir və “Birgə” hərəkatının həmtəsisçisi Qrant Baqratyan deyib.

“İndi də deyir ki, Vardanyan Qarabağa niyə gedib? Bu, sübut edir ki, Paşinyan nə qədər təhlükəlidir. Belə çıxır ki, ona etibar etmək olmaz”, – Baqratyan qeyd edib.

Günel Mikayılova,
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr