AZ

Basketbol: “Sumqayıt” “Quba”ya qalib gəldi

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 19-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Yeganə qarşılaşma B qrupu çərçivəsində keçirilib. Sumqayıtda təşkil olunmuş qarşılaşmada eyniadlı komanda “Quba”nı qəbul edib. Məhsuldar alınan görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. “Sumqayıt” yekunda 112:103 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B qrupu, 19-cu tur
17 mart

“Sumqayıt” – “Quba” 112:103 (34:22, 29:27, 16:24, 33:30)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Xallar: Gəncə – 32. Şəki – 32. Ordu – 29. Sumqayıt – 27. Quba – 24. Lənkəran – 21.

Seçilən
15
arena.az

1Mənbələr