AZ

Almaniyada PUA-lara qarşı plastik gülləli patronlar yaradılıb

Almaniyanın RWS (Rheinisch-Westfälische Sprengstoffwerke) şirkəti pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün xüsusi “Urban Drone Defense” (UDD) pulemyot patronlarını yaradıb.

“Poliqon” “Hartpunkt” nəşrinə istinadən xəbər verir ki, şirkət “Enforce Tac 2025” müdafiə sərgisində ilk dəfə olaraq iki növ plastik gülləli 7.62×51 mm-lik UDD pulemyot patronlarını təqdim edib.

İstehsalçının bildirdiyinə görə, bu patronlar aşağı kinetik enerjili və nüfuzetmə qabiliyyətinə malik plastik patronların istifadəsi nəticəsində yaranan yan təsirinin az olması səbəbindən əhalinin sıx olduğu yerlərdə istifadə üçün xüsusilə əlverişlidir.

Layihə rəhbəri Kristof Denk vurğulayıb ki, patronlar ilk növbədə Dillion MG6 kimi fırlanan lülə bloku olan sürətli atış pulemyotlarından istifadə üçün nəzərdə tutulub. Bununla belə, onlar uyğun dəyişdirilə bilən çaxmağın istifadə edilməsi şərti ilə müxtəlif adi özü doldurulan (yarımavtomatik) tüfənglərlə də istifadə edilə bilər.

Yaradılmış döyüş sursatlarının xüsusi pulemyot modulları ilə birlikdə PUA-larla mübarizədə qənaətcil faydalı və effektiv üsul təqdim edəcəyi gözlənilir.

Sursat iki konfiqurasiyada təklif olunur:

– şəhər mühitində istifadə oluna bilən 100 metrə qədər qısa məsafələr üçün xüsusi olaraq hazırlanmış, 1 qram (15 gr) ağırlığında açıq mavi polimer gülləli UDD Light patronu.

Layihə rəhbərinin sözlərinə görə, bu məsafədə I dərəcəli PUA-larla mübarizə aparmaq mümkündür və onun ətrafındakılar üçün atışın maksimum təhlükə radiusu 400 metrdən çox deyil.

– 300 metrə qədər orta məsafədən atəş açmaq və şəhərətrafı və ya kənd yerlərində istifadə üçün nəzərdə tutul 3 qram (46 gr) ağırlığında bozumtul-qəhvəyi gülləsi olan UDD Heavy patronu. Onun üçün təhlükə zonası 1000 metr təşkil edir.

RWS şirkətindən o da bildirilib ki, çirkləndiricilərin səviyyəsini mütləq minimuma endirmək üçün patronda patentləşdirilmiş SINTOX alışdırma atımı kimi aşağı çirkləndirmə komponentlərindən də istifadə olunur.

Yaradıcıların fikrincə, belə xüsusiyyətlər və hücum tüfənglərindən istifadə imkanları döyüş sursatlarından təkcə hərbi sahədə deyil, həm də polis əməliyyatlarında istifadə etməyə imkan verir.

K.Denk həmçinin açıqlayıb ki, inkişaf prosesində müasir PUA-ların istehsal olunduğu müxtəlif növ materiallara təsirini nümayiş etdirmək üçün güllə plastikdən karbon və nazik polad təbəqələrə qədər müxtəlif materiallara atılıb. Sınaqlar göstərib ki, plastik güllələr, xüsusilə də yaxın məsafədə, nisbətən yüksək zərbə sürətinə görə qəlpələrə parçalanır və hətta klassik metal güllələri də üstələyir.

Hazırda şirkət güllənin izburaxan (trasser) versiyasının yaradılması üzərində işləyir ki, bu da elektrooptik nişanalma cihazları olmadan nişangah atəşini aparmağa imkan verəcək. Bu patronun gülləsi qırmızı rəngdə olacaq.

Əhəd Vahidoğlu

Seçilən
2
poliqon.az

1Mənbələr