AZ

Ağ ev: Biz heç vaxt sülh razılaşmasına indiki qədər yaxın olmamışıq

Nyu-York, 17 mart, AZƏRTAC

“Biz sülhün yaxınlığındayıq”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ evin mətbuat katibi Kerolayn Livit deyib. O, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında çərşənbə axşamı planlaşdırılan danışığın təfərrüatlarını açıqlamayıb, o, danışıqların Rusiya ilə Ukrayna arasında üç ildir davam edən müharibəyə son qoymaq üçün razılaşmaya yaxınlaşmasına kömək edə biləcəyini deyib.

“Biz heç vaxt sülh razılaşmasına indiki qədər yaxın olmamışıq. Prezident isə buna nail olmaqda tam qərarlıdır”,- deyə mətbuat katibi əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
36
1
azertag.az

2Mənbələr