Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsi əvvəlki səviyyələrdə bərpa edilib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı Aleksus Qrinkeviç deyib.
“ABŞ-nin Ukraynaya hərbi yardımın çatdırılması bərpa edilib. Hər şey əvvəlki kimi həyata keçirilir”, - deyə o qeyd edib.
Qrinkeviç əlavə edib ki, Vaşinqton gündəlik olaraq Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinə dair hesabatlar alır.