AZ

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib



İndoneziyada 6 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Seram adasının şimal-qərb sahillərində 6 bal gücündə zəlzələ baş verib.


İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələnin episentrinin Seram adasının şimal-qərb sahillərində olduğunu açıqlayıb.

10 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudasının 6 bal olduğu müəyyən edilib.

İlkin məlumata görə, can və mal itkisinə səbəb olmayan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 5,8 olduğunu açıqlayıb.

Ümumilikdə 130 aktiv vulkanı olan İndoneziya Sakit Okeanın Atəş Halqasında yerləşir və dünyanın seysmik cəhətdən ən aktiv ölkələri sırasındadır.
Seçilən
45
newscenter.az

1Mənbələr