AZ

ABŞ Almaniyadan hərbi texnikanı Ermənistana köçürür? - Pentaqondan AÇIQLAMA

Pentaqon ABŞ-nin Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək barədə RT nəşrinin yaydığı xəbərə münasibət bildirib.

Demokratikmusavat.comOxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) məlumat verilib.

"ABŞ Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın köçürülməsi ilə bağlı Rusiyanın RT agentliyi tərəfindən dərc edilən məlumatı şərh etmir. ABŞ Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyi baxımından hərbi texnikanın hərəkəti ilə bağlı şərh vermir", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, daha əvvəl RT nəşri araşdırdığı sənədlərə əsasən ABŞ-nin Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək niyyətində olduğu barədə xəbər dərc edib. Məlumata görə, daşınmaların Gürcüstan ərazisindən həyata keçirilməsi planlaşdırılır. Transfer iyulun 16-na nəzərdə tutulub və avqustun 7-dək davam edəcəyi gözlənilir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
6
7
Demokratikmusavat.com

3Mənbələr