AZ

"Pepsi" məşhur qazlı içkilər brendini 2 milyard dollara alacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Pepsi" şirkəti "Poppi" qazlı içkilər brendini 1,95 milyard dollara almaq niyyətindədir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, "Pepsi" öz standart qazlı içkilərindən və qəlyanaltılarından uzaqlaşaraq daha sağlam məhsul istehsal edən brendləri almağa davam edir. Oktyabr ayında şirkət 1,2 milyard dollara qəlyanaltı istehsalçısı "Siete Foods"u almaq istədiyini elan edib. Noyabr ayında isə "Sabra Dipping Co" ilə bağlı oxşar planlar məlum olub.
Vurğulanır ki, az kalorili qazlı içkilər bazarı tədricən genişlənir. Bu məhsullar standart qazlı içkilərdə olmayan inqrediyentləri də özündə cəmləşdirə bilər. Bu, prebiotiklər, probiotiklər və mədə-bağırsaq sisteminin işini yaxşılaşdıran digər maddələrə aiddir. Məsələn, "Poppi" prebiotiklər, meyvə şirəsi və alma sirkəsindən istifadə edir.
Seçilən
7
1
oxu.az

2Mənbələr