AZ

İsrail Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib

İsrail ordusuHƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib...

Poliqon xəbəbr verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisindən bildiriblər.

Baş nazirliyin bəyanatında deyilir ki, İsrail ordusu Qəzza zolağında Fələstin hərəkatının hədəflərinə irimiqyaslı zərbələr endirib.

Cənab Netanyahunun ofisindən ilk məlumatı X sosial şəbəkəsində Amerika nəşri “Axios”un jurnalisti Barak Ravid verib. Jurnalist qeyd edib ki, HƏMAS ABŞ-nin atəşkəsin uzadılması təklifini rədd etdikdən sonra İsrail ordusunun zərbələri bərpa edilib.

“The Times of Israel” qəzeti baş nazirlikdən verilən eyni bəyanata istinadla yazır ki, İsrail ordusu Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın razılaşmanı rədd etdiyi üçün HƏMAS-a qarşı “qətiyyətli hərəkət” əmrindən sonra zərbələr endirməyə başlayıb. Nəşr qeyd edir ki, görünür, söhbət yanvarın 19-da atəşkəsin başlaması ilə dayandırılan əməliyyatın bərpasından gedir.

İsrail Ordusunun Telegram bildirişində qeyd edilir ki, Qəzzada HƏMAS-ın hədəflərinə qarşı kütləvi hücumlar “siyasi mülahizələrə” əsaslanaraq ölkənin təhlükəsizlik xidmətləri ilə birgə həyata keçirilir. İDF təfərrüatları daha sonra təqdim edəcəyinə söz verib.

Bu arada Reuters xəbər verir ki, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində aralarında uşaqların da olduğu azı 15 nəfər ölüb.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr