AZ

HƏMAS-ın daxili işlər nazirinin müavini öldürülüb

Martın 18-də İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində HƏMAS-ın daxili işlər nazirinin müavini və yüksək rütbəli təhlükəsizlik məmuru Mahmud Əbu Vətfa öldürülüb...

Poliqon xəbər verir ki, bubarədə “The Times of Israel” qəzeti Fələstin mətbuatına istinadən məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 130-dan çox adam ölüb, 300-dən çox insan yaralanıb. “The Times of Israel” qeyd edib ki, Qəzza Səhiyyə Nazirliyi çox vaxt mülki və əsgər ayırmadan ölən və yaralananların ümumi sayını verir.

İsrail ordusunun sözçüsü bildirib ki, hava zərbələri HƏMAS-ın orta səviyyəli komandirlərini, Siyasi Büro üzvlərini və hərəkatın infrastrukturunu hədəf alıb. Hücum HƏMAS-ın atəşkəsi uzatmaqdan imtina etməsinə cavab olaraq həyata keçirilib.

HƏMAS hava hücumlarının israilli girovların həyatını riskə atdığı barədə xəbərdarlıq edib və BMT Təhlükəsizlik Şurasını İsraildən hərbi əməliyyatları dayandırmağı tələb etməyə çağırıb.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr