ABŞ-ın "MQ-4C" kəşfiyyat pilotsuz təyyarəsi İran hava məkanı yaxınlığında müşahidə edilib.
Publika.az xəbər verir ki, bu barədə İran silahlı qüvvələri məlumat yayıb.
İslam Respublikası Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir ki, ABŞ-ın pilotsuz uçan aparatı İran F-14 qırıcıları və kəşfiyyat PUA-ları ilə qarşılaşdıqdan sonra geri çəkilib.
İstər pilotlu, istərsə də pilotsuz hərhansı təyyarə ölkənin hava məkanını keçərsə, dərhal məhv ediləcəyi bildirilib.