Maykl Qarsiya adlı Amerika vətəndaşı isti qəhvəyə görə “Starbucks”a qarşı məhkəmədə qalib gəlib.
Sfera.az bildirir ki, Amerikalı pis bağlanmış fincandan tökülən qaynar qəhvədən psixoloji və fiziki sarsıntı keçirdiyini iddia edib. Cavabdeh şirkət ona çəkdiyi əziyyətə görə kompensasiya vermək istəməyib.
Bununla belə o, “Starbucks”a qarşı məhkəmədə qalib gəlib və cinsi orqanına tökülən isti qəhvənin vurduğu ziyana görə 50 milyon dollar alacaq. Məhkəmə iki il davam edib. Sonda məhkəmə qərara alıb ki, şirkət müştərinin təhlükəsizliyinə yaxşı diqqət yetirməyib və buna görə məsuliyyət daşımalıdır.
Münsiflər heyəti hər iki tərəfi dinləyib, 40 dəqiqə müzakirə edib və qərara alıb ki, iaşə şirkətinin günahı Qarsiyanın sağlamlığına zərər vurub. Adam 50 milyon dollar təzminat istəyir, lakin təzminatın məbləği hələ müəyyən edilməyib. KİV-in məlumatına görə, təzminat məbləği dəqiq olaraq gələn həftə müəyyənləşəcək.
Aynil