Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb.
Futbolpress.az-ın məlumatına görə, 27 turdan sonra çempionatın bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andradedir. Yarımmüdafiəçi 11 qolla siyahıya başçılıq edir.
İkinci pillədə “Sabah”ın legioneri Cesse Sekidika var. Nigeriyalı hücumçu 27 turda 10 dəfə fərqlənib. “Üçlüy”ü isə “Araz-Naxçıvan”dan Felipe Santos tamamlayır – 9 qol.
Bombardirlər siyahısında “10-luq”da yeganə yerli futbolçu Nəriman Axundzadədir. “Qarabağ”ın hücumçusunun aktivində 7 qol var. Onun komanda yoldaşı Toral Bayramov isə 5 qolla 13-cü pillədə qərarlaşıb.
“20-lik”dəki digər yerli oyunçu isə “Səbail”dən Rüfət Abdullazadədir. Cinah oyunçusunun aktivində 5 qol var.
Şahin Cəfərov